Cümə axşamı səhər saatlarında İranda baş vermiş maqnitudası 4,5-ə bərabər olan zəlzələ Azərbaycanda hiss olunub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindənməlumat verilib.
“Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikanın sərhəd rayonlarında 3 bala qədər hiss olunub”, - “İnterfaks-Azərbaycan”a Mərkəzdən bildiriblər.
Seysmoloqlar yerli vaxtla saat 09:55-də zəlzələni qeydə alıblar.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:55-də Naxçıvan stansiyasından 80 km cənub-qərbdə, İran ərazisində zəlzələ qeydə alınıb”, - Mərkəzdən qeyd olunub.
Zəlzələnin ocağı 9 kilometr dərinlikdə yerləşib.
Bu, iki gün ərzində Iranda baş verən ikinci zəlzələdir ki, Azərbaycanda hiss olunub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən,dəqiqləşdirilmiş məlumata əsasən maqnitudası 6 təşkil edən birinci zəlzələ çərşənbə günü, yerli vaxtla saat 14:08-də Naxçıvan stansiyasından 85 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb.
Yeraltı təkanlar Naxçıvan Muxtar Respublikasında 3-5 bala qədər hiss olunub.
Zəlzələ ocağının dərinliyi 2 km olub.**
R.Kərimov