2022-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 593 min kvadratmetr təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 24,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bu dövrdə yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 925,4 milyon manat (azalma 5,8%) təşkil edib.
2021-ci ildə Azərbaycanda istismara verilən yaşayış evlərinin ümumi sahəsi 1 milyon 988,9 min kvadratmetr təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 61,9% azdır. 2021-ci il ərzində yaşayış evlərinin tikintisinə kapital qoyuluşları 1 milyard 29,5 milyon manat (azalma 27,8%) təşkil edib.**
B.Rüstəmbəyov