Cümə axşamı səhər saatlarında Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin açdığı atəş nəticəsində erməni hərbçinin yaralanması ilə bağlı Ermənistan Müdafiə Nazirliyinin məlumatını təkzib edib.
“Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır”, - nazirliyin məlumatında deyilir.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - Azərbaycan MN-dən vurğulanıb. **
R.Kərimov