Azərbaycanda koronavirus infeksiyasına 46 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 571-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 75 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər (ötən gün 6 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 64 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 80 nəfər (sutka ərzində +79) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 427 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 114 (ötən gün 2 851 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 466 min 384 test aparılıb.**
B.Rüstəmbəyov