Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, 2027-ci ilə qədər Avropaya Azərbaycan qazının ixracı ən azı 20 milyard kubmetrədək artıracaq.
“2021-ci ildə bizim Avropaya ixracımız 8 milyard kubmetrdən bir az artıq idi. Bu il ən azı 11,6 milyard kubmetr olacaq. Artım olduqca sürətlidir. Ümumi ixrac (2023-cü ildə - İF) isə 24 milyard kubmetr olacaq. Azərbaycan ilə Avropa İttifaqı arasında yayda imzalanmış anlaşma memorandumuna əsasən, 2027-ci ilədək biz təchizatını iki dəfə artıracağıq. Yəni, Avropa İttifaqına ixrac ən azı 20 milyard kubmetr olacaq”, - Əliyev cümə axşamı Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan qazının Aİ-yə tədarükükn artırılması üçün Avropada interkonnektorların sayı daha çox olmalıdır. “Bunun üçün (qaz tədarükükn artırılması - İF) Avropada daha çox interkonnektor olmalıdır. Onlardan biri - Yunanıstan-Bolqarıstan İnterkonnektoru ötən ilin sonunda istifadəyə verildi. Bu, bizə Bolqarıstana, ilin əvvəlindən isə Rumıniyaya qaz nəql etmək imkanı yaratdı”, - Azərbaycan prezidenti vurğulayıb.
Xəbər verildiyi kimi, Azərbaycan 30 dekabr 2020-ci ildə Avropaya qaz nəqlinə başlayıb. Hazırda İtaliya, Yunanıstan və Bolqarıstan və Rumıniya Azərbaycan qazının alıcılarıdır.
**
A.Əzizov