Azərbaycan prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində Avropa İttifaqının (Aİ) büdcə və administrasiya üzrə komissarı Yohannes Han ilə görüşüb. Tərəflər nəqliyyat və energetika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Azərbaycan liderinin saytındakı məlumata əsasən, görüşdə həmsöhbətlər Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizinin və bu əsasda Orta Dəhlizin əhəmiyyətinin artmasında rolunu xüsusi qeyd ediblər.
“Əliyev Azərbaycanda nəqliyyat-logistika infrastrukturunun qurulması və inkişaf etdirilməsi istiqamətində indiyədək həyata keçirilmiş işlər haqqında məlumat verdi. Ölkəmiz öz ərazisindən yüklərin daşınması üçün ötürücülük qabiliyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirir”, - məlumatda vurğulanır.
O cümlədən, Əliyev və Han enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni qeyd ediblər. “Azərbaycanda Avropanın enerji bazarına əlavə həcmlər çıxarılması istiqamətində işlərin aparıldığı bildirildi. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı və perspektivləri barədə də fikir mübadiləsi aparıldı”, - məlumatda qeyd olunur. **
R.Əhmədov