Bakı təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçirilməsinə hazırdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov bu gün jurnalistlərə açıqlamasında deyib.
“Biz təxirə salınan Azərbaycan, Ermənistan və Rusiya XİN başçılarının üçtərəfli görüşünün ən tez zamanda reallaşmasına hazırıq. İndi hər şey qarşı tərəfdən asılıdır”, - deyə nazir bildirib.
XİN başçısının sözlərinə görə, sülh gündəliyinin irəli aparılması hər zaman Azərbaycanın təşəbbüsü olub və “bizim bütün baza prinsiplərimiz (münasibətlərin normallaşması ilə bağlı – İF) Ermənistan tərəfinə təqdim edilib”
Laçın yolundakı vəziyyətə toxunan C.Bayramov həmin yolla silah-sursat və minaların daşınmasının yolverilməz olduğunu vurğulayıb.*
R.Kərimov