Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib ki, Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ bölgəsindəki yataqların istismarı ilə bağlı vəziyyətin monitorinqinin keçirilməsinə nail olacaq.
“Monitorinq vacibdir və keçiriləcək. Azərbaycan tərəfinin irəli sürdüyü bütün tələblər üzərində ciddi işlər davam etdirilir və biz onların yerinə yetirilməsinə nail olacağıq”, - deyə nazir bu gün jurnalistlərə açıqlamasında bildirib.*
Xəbərlər şöbəsi