Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) birinci vitse-prezidenti Yurgen Riqterink yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutmuş görüşünü şərh edib.
“Bu gün (cümə axşamı – İF) səhər Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutmuş xoş, açıq və konstruktiv görüşə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Azərbaycan AYİB-in mühüm tərəfdaşıdır və biz ölkədə islahatların aparılması, iqtisadiyyatın şaxələndirilməsi və yaşıllaşdırılması səylərinizdə Sizə əvvəlki kimi dəstək verməyə hazırıq!”, – deyə o, Twitter hesabında yazıb.*
R.Kərimov