Azərbaycanda koronavirus infeksiyasına 43 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 614-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 46 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı təxminən 6,5% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər (ötən gün 4 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 67 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 169 nəfər (sutka ərzində +89) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 378 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 50 (ötən gün 2 min 114 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 468 min 434 test aparılıb.*
R.Kərimov