İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində bir sıra görüşlər keçirib.
Nazir Twitter hesabında yazıb ki, Qətər Dövlətinin ticarət və sənaye naziri Şeyx Məhəmməd bin Həməd bin Qassim Al Abdullah Al Tani ilə keçirdiyi görüşdə Bakı və Doha arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi perspektivlərini və investisiyaların təşviqi məsələlərini, “McKinsey&Company” şirkətinin regional idarəedici tərəfdaşı Özgür Tanrıkulu ilə Azərbaycanda investisiya mühitinin təkmilləşdirilməsi istiqamətində görülən işləri, iqtisadi imkanları, ölkəmizin biznes dairələri ilə şirkət arasında əlaqələri və perspektivləri, “Trafigura Group Pte Ltd”nin sədri və baş icraçı direktoru Ceremi Veirlə yaşıl enerji layihələri üzrə perspektivləri, sənaye məhsullarının istehsalı və potensial sahələrdə əməkdaşlıq imkanlarını, “Royal Philips” şirkətinin vitse-prezidenti Yan-Villem Şeygrond ilə Azərbaycanla şirkət arasında əməkdaşlığın mövcud vəziyyəti və perspektivlərini müzakirə edib.*
R.Kərimov