Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə təbrik məktubu ünvanlayıb.
“Qarşıdan gələn Bahar bayramı münasibətilə Sizi və Sizin simanızda dost Çin xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram”, - deyə təbrikdə bildirilir.
Dövlət başçısı Azərbaycan ilə Çin arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərini bundan sonra da birgə səylərlə uğurla inkişaf etdirmək və genişləndirmək əzmində olduğunu bildirib.
“Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Çin xalqına daim rifah diləyirəm”, - deyə İ.Əliyev qeyd edib.*
V.Əliyev