Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, dəyişikliyə əsasən, ANAMA-nın ilkin nizamnamə fondu 100 min manatdan 2 milyon 209 min 512,9 manata qədər artırılır.
Fərmanın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*