Azərbaycanda koronavirus infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 638-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 43 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər (ötən gün 3 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 10 min 68 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 237 nəfər (sutka ərzində +68) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 333 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 68 (ötən gün 2 min 50 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 469 min 502 test aparılıb.*
V.Əliyev