“Bank Respublika” ASC 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına sahibkarlara ən çox sayda güzəştli kredit verən müvəkkil bankların siyahısına başçılıq edib.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, “Bank Respublika” 2022-ci ildə fondun vəsaitləri hesabına sahibkarlara 746 güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin sayına görə ikinci yerdə “Yelo Bank” (350), üçüncü yerdə “Unibank” (318) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin sayına görə bankların ilk beşliyinə “Rabitəbank” (282) və “Aqrarkredit” BOKT (282) da daxil olub.
Qeyd edək ki, “Bank Respublika” ASC 2022-ci ildə SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin məbləğinə (28,3 milyon manat) görə də liderliyini qoruyub.*
R.Əhmədov