Azərbaycanda koronavirus infeksiyasına 29 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 667-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 24 yoluxma faktı qeydə alınmışdı.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb (ötən gün 1 nəfər vəfat edib). Ölənlərin ümumi sayı 10 min 68 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 314 nəfər (sutka ərzində +77) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 285 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 129 (ötən gün 1 min 68 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 471 min 631 test aparılıb.*
R.Əhmədov