2022-ci ilin yanvar-noyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin (TRACECA) Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 46 milyon 968,5 min ton təşkil edib ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 29% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə yüklərin 15 milyon 388,9 min tonu və ya 32,8%-i dəmir yolu nəqliyyatı (artım 26,5% - İF), 25 milyon 451,5 min tonu və ya 54,2%-i avtomobil nəqliyyatı (artım 26,4% - İF), 6 milyon 128,1 min tonu və ya 13%-i dəniz nəqliyyatı (artım 49,2% - İF) ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 26,8%-ni və ya 12 milyon 583,8 min tonunu tranzit yüklər (artım 58%) təşkil edib. **
N.Abbasova