2022-ci ildə Azərbaycanın dəniz limanlarında yükləmə-boşaltma işlərinin həcmi 32,4% - 11 milyon 750,6 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yüklərin ümumi həcmindən 10 milyon 734,8 min ton və ya 91,4% beynəlxalq tranzit yüklərin, 8,6% yerli yüklərin payına düşüb. Tranzit yüklərin həcmi 2021-ci illə müqayisədə 27,6% artıb.
2023-ci il yanvarın 1-nə Azərbaycanın limanlarında 369 min ton yük qalıb.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Liman Dübəndi və Səngəçalda iri neft terminallarına malikdir. Bundan başqa, 2014-cü ildə Ələt qəsəbəsində tikilən yeni Bakı Beynəlxalq Dəniz Limanı ərazisində bərə terminalı, 2018-ci ilin yanvar ayında isə Ro-Ro terminalı istifadəyə verilib.**
N.Abbasova