"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi "Buta Airways" mart ayında uçuş proqramının inkişafı çərçivəsində Bakıdan Volqoqrada uçuşlara başlayacaq.
“Reyslər martın 16-dan etibarən həftədə üç dəfə planlaşdırılır. Uçuşlar Bakıdan həftənin çərşənbə axşamı, cümə və şənbə günləri, Volqoqraddan - çərşənbə, şənbə və bazar günləri nəzərdə tutulur”, - aviadaşıyıcının məlumatında qeyd olunur.
Biletləri aviadaşıyıcınınwww.butaairways.azsaytında ("Büdcə", "Standart" və "Super" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərində (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür. Aviabiletləri “Buta Airways” mobil tətbiqi vasitəsilə də əldə etmək olar.
Reyslərə qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək. **
N.Abbasova