2022-ci ildə Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 1 milyard 621 milyon 128,6 min sərnişin daşınıb ki, bu da 2021-ci ilin göstəricisindən 40,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 5 milyon 136,5 min nəfər (artım 81,8%), dəniz nəqliyyatı ilə 21,4 min nəfər (artım 20,9%), hava nəqliyyatı ilə 2 milyon 253,8 min nəfər (artım 2 dəfə) daşınıb.
Ötən il avtomobil nəqliyyatı vasitələri ilə 1 milyard 405 milyon 20,8 min sərnişin (artım 25,5%), avtobuslarla 1 milyard 321 milyon 206,7 min sərnişin (artım 27,9%), taksilərlə 83 milyon 814,1 min sərnişin (azalma 3,6%) daşınıb.
Sərnişindaşıma fəaliyyətini 2021-ci il mayın 31-dən bərpa etmiş Bakı Metropolitenində 2022-ci ildə 208 milyon 696,1 min sərnişinə (artım 2,3 dəfə) xidmət göstərilib.**
B.Rüstəmbəyov