"Yapı Kredi Bank Azerbaijan” QSC 2022-ci ildə aktivlərini 22,1% - 481,928 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2022-ci il tarixinə “Yapı Kredi Bank Azerbaijan”ın kredit portfeli 236,945 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 35,5%), o cümlədən istehlak kreditləri 45,308 milyon manata (artım 12,8%), biznes kreditləri 169,165 milyon manata (artım 44,3%) bərabərdir.
Bankın öhdəlikləri 397,853 milyon manat (artım 27,2%), depozitlər 363,857 milyon manat (artım 27.6%), əhalinin əmanətləri 80,751 milyon manat (artım 17,9%), hüquqi şəxslərin əmanətləri 283,106 milyon manat (artım 30,7%) təşkil edir.
“Yapı Kredi Bank Azerbaijan”ın kapitalı 84 milyon 74,93 min manat (artım 2,5%), nizamnamə kapitalı 55 milyon 380,7 min manat (dəyişməyib) təşkil edir.
Bank 2022-ci ili 1 milyon 153,36 min manat məbləğində xalis mənfəətlə (2021-ci ilin ildə 930,75 min manat zərərə qarşı) başa vurub.
“Yapı Kredi Bank Azerbaijan” 1998-ci ildə yaradılıb. Bankın səhmdarları 3 Türkiyə şirkətidir.**
X.Nəsirzadə