Azərbaycanda koronavirus infeksiyasına 12 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 679-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 29 yoluxma faktı qeydə alınmışdı.
Ardıcıl iki gündür ki, COVID-19-dan ölüm halı qeydə alınmayıb. . Ölənlərin ümumi sayı 10 min 68 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 316 nəfər (sutka ərzində +2) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 295 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 896 (ötən gün 2 min 129 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 472 min 527 test aparılıb.**
N.Abbasova