Yanvarın 27-də Bakıda ilk dəfə Milli İxracatçılar və İdxalçılar Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə forumun təşkilatçısı olan “Allnet International Group”dan məlumat verilib.
Forumda Dövlət Gömrük Komitəsi, KOBİA, AZPROMO, banklar, lizinq və logistika şirkətlərinin nümayəndələri iştirak edəcəklər.
Forumda ixraca, Azərbaycan ixracatçılarının müxtəlif xarici bazarlara çıxışına dövlət dəstəyi tədbirləri, logistika sahəsində problemlər, idxal-ixracda lizinq əməliyyatları müzakirə olunacaq.*
R.Əhmədov