“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” publik hüquqi şəxsi Xaçmaz, Lənkəran və Bərdə şəhərlərində regional bölmələrin tikintisinə 2,3 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az saytına istinadən xəbər verir ki, institut “Uğur Tikinti” MMC ilə 2 milyon 334 min 142,72 manat məbləğində müqavilə bağlayıb.*
N.Abbasova