İndiyədək Azərbaycanda 3 mindən çox ailə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmindən faydalanıb. Bu barədə İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) məlumat verilib.
“Bu günədək sözügedən mexanizm çərçivəsində 3 013 müqavilə bağlanıb”, - deyə məlumatda bildirilir.
İKZF 2020-ci ildə satmaq öhdəliyi ilə kirayə mənzil mexanizminin tətbiqinə başlayıb.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.*
R.Əhmədov