Azərbaycan Mərkəzi Bankının (AMB) bu gün keçirdiyi valyuta hərracında banklar tərəfindən sifariş təqdim edilməyib.
“24 yanvar 2023-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib. Hərracda banklar tərəfindən sifariş təqdim edilməyib”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
Yanvarın 19-da keçirilən hərracda banklara $1,5 milyon məbləğində xarici valyuta satılmışdı.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.
2022-ci ildə ARDNF valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində xarici valyuta (2021-ci ilin göstəricisi ilə müqayisədə azalma 30%) satıb.*
X.Nəsirzadə