Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) Keniyanın peyk xidmətləri təqdim edən “CommCarrier” şirkəti arasında uzunmüddətli əməkdaşlıq müqaviləsi imzalanıb.
Nazirlikdən verilən məlumata görə, müqavilə “Azerspace-2” peyki vasitəsilə Keniyanın dövlət xidmət orqanlarına internet xidmətlərinin göstərilməsini nəzərdə tutur.
“CommCarrier” şirkəti Mərkəzi və Şərqi Afrika regionunda tərəfdaşlarına “Azerspace-2” peykinin KU diapazonu ilə xidmət göstərəcək.*
B.Rüstəmbəyov