Rusiya üçtərəfli razılaşmaların iştirakçısı kimi öz öhdəliklərini yerinə yetirməkdə davam edir və həm Bakı, həm də İrəvanla çətin iş aparır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
D.Peskov jurnalistlərin Laçın dəhlizi ətrafında vəziyyətlə bağlı sualına belə cavab verib: “Rusiya iki il əvvəl imzalanmış üçtərəfli saziş və sənədlərin tərəflərindən biri kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə davam edir. RF həm Ermənistan, həm də Azərbaycanla böyük zəhmət tələb edən və çətin işi davam etdirir”.*