2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana kondisioner idxalı 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 42,1% - 200,828 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $64 milyon 282,2 min məbləğində (artım 72,9%) qiymətləndirilir.
Yanvar-noyabr aylarında Azərbaycana $120 milyon 370,1 min dəyərində (azalma 1,5%) 507,896 min ədəd (azalma 22,1%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 20% - 149,617 min ədədə qədər azalıb. İdxalın ümumi dəyəri $38 milyon 803,7 min (azalma 6,4%) təşkil edir.*
B.Rüstəmbəyov