2022-ci ildə “Günay Bank”ın aktivləri 9,7% - 281 milyon 317,82 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabrın sonuna bankın kredit portfeli 198,738 milyon manat (azalma 0,5%), o cümlədən biznes kreditləri 114,445 milyon manat (azalma 8,9%), daşınmaz əmlak kreditləri 81,636 milyon manat (artım 14%) təşkil edir.
Bankın öhdəlikləri 213 milyon 766,32 min manata (artım 12%), depozitləri 111,406 milyon manata (artım 19,1%), o cümlədən əhalinin əmanətləri 73,842 milyon manata (artım 15,4%) bərabərdir.
“Günay Bank”ın kapitalı 67 milyon 551,5 min manat (artım 2,9%), nizamnamə kapitalı 64 milyon 910,093 min manat (dəyişməyib) təşkil edir.
2022-ci ildə bankın xalis mənfəəti 490,37 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 19,7% çoxdur.
“Günay Bank” ASC 1992-ci ildə fəaliyyət üçün lisenziya alıb. Bankın səhmdarları 7 fiziki şəxsdir.*
X.Nəsirzadə