Azərbaycan Prezidenti İlham Əliyev yanvarın sonunda Macarıstana səfər edəcək. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
“Prezident Əliyev ayın sonunda rəsmi səfərə gəlir (Macarıstana – İF)”, - deyə o, bu gün Facebook-da yazıb.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, nazir əlavə edib ki, hazırda səfərə hazırlıq gedir və onun çərçivəsində iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının həmsədri, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə videokonfrans formatında müzakirələr aparıb.
P.Siyarto, həmçinin bildirib ki, yanvarın 24-də Budapeştdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
O əlavə edib ki, Azərbaycan Macarıstanın strateji tərəfdaşıdır.*
R.Kərimov