“TuranBank” 2022-ci ildə aktivlərini 14,8% - 820,821 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il dekabrın 31-nə bankın kredit portfeli 548,495 milyon manata (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 25,7% - İF) bərabər olub. Həmçinin, biznes kreditlər üzrə portfel 313,855 milyon manat (artım 18,5%), istehlak kreditləri üzrə - 138,793 milyon manat (artım 50%), daşınmaz əmlakla əməliyyatlar üzrə - 95,848 milyon manat (artım 21,2%) həcmində qiymətləndirilir.
“TuranBank”ın öhdəlikləri 731,255 milyon manat (artım 16,5%) təşkil edib.
Bankın depozit portfeli 429,274 milyon manat (artım 2,8%), həmçinin fiziki şəxslərin əmanətləri – 327,904 milyon manat (artım 27,3%) təşkil edib.
2022-ci ilin sonuna “TuranBank”ın kapitalı 89,565 milyon manata (artım 2,9%), nizamnamə kapitalı 80,005 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 1,924 milyon manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,9 dəfə çoxdur.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb.**
X.Nəsirzadə