2022-ci ildə “Bank Avrasiya” aktivlərini 33,9% - 224 milyon 268,27 min manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2022-ci il tarixinə bankın kredit portfeli 125,352 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 9,7% - İF) təşkil edib. İstehlak kreditləri 8,876 milyon manat (artım 2.3 dəfə), biznes kreditləri 66,901 milyon manat (azalma 6,4%), daşınmaz əmlak kreditləri 49,575 milyon manat (artım 27,6%) məbləğində qiymətləndirilir.
Bankın öhdəlikləri 150,461 milyon manat (artım 57,2%) təşkil edir.
Bankda depozitlər 79,699 milyon manata (artım 59,2%), əhalinin əmanətləri 67,071 milyon manata (artım 1,5 dəfə) bərabərdir.
2022-ci ilin sonuna “Bank Avrasiya”nın kapitalı 73 milyon 806,95 min manat (artım 2,9%), nizamnamə kapitalı 50 milyon manat (dəyişməyib) məbləğində olub.
2022-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 1 milyon 815,34 min manat (artım 2,3 dəfə) təşkil edib.
“Bank Avrasiya” 2007-ci il noyabrın 28-də bank fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.**
X.Nəsirzadə