2022-ci ildə “Unibank”ın aktivləri 38,7% - 1 milyard 440 milyon 643,8 min manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
31 dekabr 2022-ci il tarixinə bankın kredit portfeli 889,594 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 20,3%) təşkil edib. İstehlak kreditlərinin payı 547,206 milyon manat (artım 25,7%), biznes kreditlərinin payı 274,325 milyon manat (artım 13,2%), daşınmaz əmlak üçün kreditlərin payı – 68,062 milyon manat (artım 10,4%) olub.
Bankın öhdəlikləri 1 milyard 327 milyon 248,46 min manat (artım 42%) təşkil edir. Bankda depozitlər 989,744 milyon manata (artım 40,7%), əhalinin əmanətləri 771,357 milyon manata (artım 35%) bərabərdir.
2023-cü ilin əvvəlinə “Unibank”ın kapitalı 113 milyon 395,37 min manat (artım 9,2%), nizamnamə kapitalı 138 milyon 200,39 min manat (artım 5,7%) təşkil edir.
2022-ci ilin yekunları üzrə bankın xalis mənfəəti 556,6 min manat (2021-ci illə müqayisədə azalma 8,4 dəfə) təşkil edib. 2022-ci il dekabrın 31-nə bankın bölüşdürülməmiş zərəri 35,039 milyon manat məbləğində (azalma 1,6%) qiymətləndirilir.
“Unibank” ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və aktivlərinin həcminə görə Azərbaycanın 6-cı bankıdır. Bankın səhmdarları 9 fiziki və 1 hüquqi şəxs, əsas səhmdarı Eldar Qəribovdur (kapitalda payı 87,032%-dir). **
X.Nəsirzadə