2022-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $23 milyard 606 milyon 771,14 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
2022-ci ildə Azərbaycanın xarici ticarət dövriyyəsi $52 milyard 686 milyon 488,2 min (2021-ci illə müqayisədə artım 1,6 dəfə - İF) təşkil edib. Hesabat dövründə ixracın həcmi $38 milyard 146 milyon 629,67 min (artım 1,7 dəfə), idxalın həcmi $14 milyard 539 milyon 858,53 min (artım 24,2%) təşkil edib.
İxracın strukturunda əsas həcm (92,01%) neft-qaz sektoru məhsullarının payına düşüb.
İdxalın strukturunda 16,25% ərzaq məhsullarının, 0,67% tütün və tütün məhsullarının, 4,49% əczaçılıq məhsullarının, 0,6% gübrələrin, 3,35% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,65% odun və agac məhsullarının, 2% geyim və geyim aksessuarlarının, 7,15% qara metallar və onlardan hazırlanan məmulatların, 19,89% maşın, mexanizm, elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 12,18% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 0,81% mebelin, 29,96% digər məhsulların payına düşüb.
Xarici ticarət əməliyyatlarında 9,588 min özəl və dövlət müəssisəsi və 48,323 min fiziki şəxs iştirak edib.
Bu dövrdə Azərbaycan 185 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.
Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 46,62%-i), Türkiyə (9,29%), Hindistan (4,36%), İsrail (4,41%), Yunanıstan (3,65%), Böyük Britaniya (2,04%), Yunanıstan (3,65%), Xorvatiya (2,5%), Çexiya (2,42%) və Rusiya (2,56%) ilə, əsas idxal əməliyyatlarını isə Rusiya (18,81%), Türkiyə (15,8%), Çin (14,35%), Almaniya (4,56%), ABŞ (3,3%), Qazaxıstan (3,4%), İran (3,28%), Türkmənistan (3,51%), İtaliya (2,34%), İran (3,28%) və Yaponiya (2%) ilə həyata keçirib.
2021-ci ildə Azərbaycanın xarici ticarətinin müsbət saldosu $10 milyard 500 milyon 884,43 min təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 3,5 dəfə çoxdur.**
B.Rüstəmbəyov