Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Əhali Fondunun (UNFPA) Laçın yolu ətrafında yaranmış vəziyyətlə bəyanatı ilə bağlı təəccüb və təəssüf ifadə edib, təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırır.
“BMT-nin Əhali Fondunu qərəzsiz olmağa və təşkilatın nüfuzuna xələl gətirəcək hərəkətlərdən və açıqlamalardan çəkinməyə çağırırıq”, - XİN-in bəyanatında deyilir.
XİN-də hesab edirlər ki, 24 yanvar tarixində UNFPA-nın Laçın yolu ətrafında yaranmış vəziyyətlə bağlı bəyanatı qərəzlidir, həqiqəti əks etdirmir və təşkilatın mandatına aid deyil.
Xəbər verildiyi kimi, 2022-ci il dekabrın 12-dən etibarən Azərbaycanın ekofəalları və QHT nümayəndələri Qarabağ iqtisadi rayonunda Şuşa-Xankəndi avtomobil yolunda regionda faydalı qazıntı yataqlarının, xüsusilə, Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər. **
R.Kərimov