2022-ci ildə əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 27,1% - 11 milyard 742,95 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Dekabrda əhalinin bank əmanətləri 154,4 milyon manat (noyabrda +88,6 milyon manat) artıb.
2022-ci ildə əhalinin xarici valyutada bank əmanətləri 21,5% - 4 milyard 603,56 milyon manatadək və ya bütün əmanətlərin 39,2%-i səviyyəsində artıb (2021-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 41% təşkil edib). Dekabrda əhalinin xarici valyutada bank əmanətləri 97,6 milyon manat artıb (noyabrda +64,7 milyon manat).
2022-ci ildə əhalinin milli valyutada əmanətlərinin həcmi 30,9% - 7 milyard 139,39 milyon manatadək (bütün əmanətlərin 60,8%-i) artıb. Dekabr ayında milli valyutada əmanətlərin həcmi 56,8 milyon manat artıb (noyabrda +23,9 milyon manat).
Rezidentlərin bank əmanətlərinin həcmi 10 milyard 568,7 milyon manat, qeyri-rezidentlərin – 1 milyard 174.2 milyon manat təşkil edir. 2022-ci ildə rezidentlərin əmanətlərinin həcmi 18,2%, qeyri-rezidentlərin əmanətlərinin həcmi isə 3,9 dəfə artıb. Dekabr ayında rezidentlərin əmanətlərinin həcmi 45,4 milyon manat (noyabrda +54,8 milyon manat), qeyri-rezidentlərin əmanətlərinin həcmi 108,9 milyon manat (noyabrda +33,8 milyon manat) artıb.
2022-ci il dekabrın 31-nə banklarda əmanət və depozitlərin həcmi 36 milyard 249,76 milyon manat təşkil edir ki, bu da 2021-ci ilin sonuna olan göstəricidən 24,9% çoxdur. Dekabrda banklarda əmanət və depozitlərin həcmi 765,6 milyon manat artıb (noyabrda artım 677,9 milyon manat təşkil edib).**
X.Nəsirzadə