Çərşənbə günü Nazirlər Kabineti “Dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edib.
Nazirlər Kabinetinin saytında dərc olunan Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısına Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi (Şərqi Zəngəzur iqtisadi rayonu) əlavə edilib. **
R.Kərimov