Azərbaycanda koronavirus infeksiyasına 42 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 827 min 780-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 59 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı təxminən 28,8% azalıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər (ötən gün 7 nəfər) vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 77 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 459 nəfər (sutka ərzində +71) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 244 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 min 294 (ötən gün 2 min 908 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 477 min 729 test aparılıb.**
R.Kərimov