BMT 2023-cü ildə Azərbaycanda ÜDM-in artımını 3% səviyyəsində proqnozlaşdırır.
Bu proqnoz “İnterfaks-Azərbaycan” agentliyinin əldə etdiyi “Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri 2023" (World Economic Situation and Prospects 2023) adlı məruzədə öz əksini tapıb.
BMT-nin qiymətləndirmələrinə əsasən, 2022-ci ildə ölkədə ÜDM-in artımı 5% təşkil edib.
Təşkilat həmçinin 2024-cü ildə Azərbaycanda ÜDM-in artımını 3% səviyyəsində proqnozlaşdırır.
BMT-nin proqnozlarına əsasən, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiya 8,1% təşkil edəcək, 2024-cü ildə - 5,3%-dək azalacaq.
2022-ci ildə Azərbaycanda ÜDM-in 4,6% artıb, orta illik inflyasiya 13,9% təşkil edib.
Azərbaycan hökuməti 2023-cü il üçün ÜDM-in artımını 2,7% səviyyəsində (orta illik inlyasiya – 6,9%), 2024-cü il üçün – 4,1% səviyyəsində proqnozlaşdırır. **
R.Kərimov