Azərbaycan Mərkəzi Bankı (AMB) yanvarın 26-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Yanvarın 26-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8553 manat/1EUR səviyyəsində (yanvarın 25-nə 1.8527 manat/1EUR) müəyyən edilib.
AMB yanvarın 26-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0245 manat/1RUB (yanvarın 25-nə 0.0246 manat/1RUB) səviyyəsində müəyyən edib.
Yanvarın 26-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0904 manat/1TRY səviyyəsində saxlanılıb.*
B.Rüstəmbəyov