2022-ci ildə “Muğanbank” ASC-nin aktivləri 10% - 799,338 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabrın 31-nə bankın kredit portfeli 453,771 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 13,1%) təşkil edib. İstehlak kreditləri 44,587 milyon manat (artım 1,5 dəfə), biznes kreditləri 295,121 milyon manat (artım 11,8%), daşınmaz əmlak kreditləri 114,049 milyon manat məbləğində (artım 6%) qiymətləndirilir.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 706,158 milyon manata (artım 14,5%) bərabərdir. Bankdakı depozitlər 491,756 milyon manat (artım 23,9%), o cümlədən əhalinin əmanətləri 394,655 milyon manat (artım 40,5%) təşkil edir.
“Muğanbank”ın kapitalı 93 milyon 180,1 min manat (artım 1,3%), nizamnamə kapitalı 107,5 milyon manat (dəyişməyib) təşkil edir.
2022-ci ildə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 56,65 min manata (2021-ci illə müqayisədə azalma 27,4 dəfə) bərabər olub.
“Muğanbank” 1992-ci ilin noyabr ayında yaradılıb. Bankın səhmdarları 4 fiziki şəxsdir.*
R.Əhmədov