“Bank of Baku” 2022-ci ildə aktivlərini 40% - 701,231 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
2022-ci il dekabrın 31-nə bankın kredit portfeli 577,534 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 39,5% - İF) təşkil edib. İstehlak kreditləri portfeli 398,103 milyon manata (artım 44,5%), biznes kredit portfeli 154,675 milyon manata (artım 28,3%) bərabərdir.
Bankın öhdəlikləri 578,371 milyon manat (artım 43,5%) məbləğindədir. Bankdakı depozitlər 365,533 milyon manat (artım 47,9%), əhalinin əmanətləri 330,019 milyon manat (artım 48,9%) təşkil edir.
2022-ci ilin sonuna “Bank of Baku”nun kapitalı 122 milyon 860,79 min manata (artım 30%), nizamnamə kapitalı 52,87 milyon manata (dəyişməyib) bərabərdir.
2022-ci ildə bankın xalis mənfəəti 36 milyon 865,8 min manat (artım 1,6 dəfə) təşkil edib. 2023-cü ilin əvvəlinə bankın bölüşdürülməmiş mənfəəti 61,240 milyon manat məbləğində (artım 82,3%) qiymətləndirilir.
“Bank of Baku” 1994-cü ildə yaradılıb.*
R.Əhmədov