Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ann Buayonun etimadnaməsini qəbul edib.
Dövlət başçısının saytında dərc olunmuş məlumata görə, İ.Əliyev, həmçinin Yunanıstan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xristos Kapodistriasın və Meksika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyeronun etimadnamələrini də qəbul edib.*
R.Kərimov