2022-ci ildə Azərbaycanda bankların biznes, ipoteka və istehlak kreditləri portfeli artıb.
Mərkəzi Bankın məlumatına görə, 31 dekabr 2022-ci il tarixinə bankların kredit portfeli 19 milyard 594,35 milyon manat məbləğində qiymətləndirilir (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 17,6%).
2022-ci ildə bankların biznes kredit portfeli 11,4% - 10 milyard 855,06 milyon manatadək (bütün kredit portfelinin 55,4%-i) artıb. Dekabrda portfel 1,1% azalıb.
2022-ci ildə bankların istehlak kreditləri portfeli 27,3% - 5 milyard 754,1 milyon manata qədər artıb, xüsusi çəki 29,4% təşkil edib. Dekabrda portfel 0,3% azalıb.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 24,3% - 2 milyard 985,15 milyon manata qədər və ya bankların bütün kredit portfelinin 15,2%-i səviyyəsində artıb. Dekabrda portfel 2% artıb.
2022-ci il dekabrın 31-nə Azərbaycanda 25 bank fəaliyyət üçün lisenziyaya malikdir.*
X.Nəsirzadə