2022-ci ildə “Naxçıvanbank”ın aktivləri 0,8% - 346,463 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Dekabr ayının sonuna bankın kredit portfeli 173,623 milyon manat (2021-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 23,2%) təşkil edib.
Bankın öhdəlikləri 234,275 milyon manata (azalma 4,7%), depozitlər 155,417 milyon manata (azalma 13,8%), əhalinin əmanətləri 10,37 milyon manata (azalma 2,2 dəfə) bərabərdir.
“Naxçıvanbank”ın kapitalı 112 milyon 187,82 min manat (artım 14,6%), nizamnamə kapitalı 94 milyon manat (artım 4,7%) təşkil edir.
2022-ci ildə bankın xalis mənfəəti 13 milyon 53,92 min manat təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 2,1 dəfə çoxdur.
“Naxçıvanbank” 2008-ci ilin avqust ayında bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya alıb. Bankın səhmdarları fiziki şəxslərdir.*
X.Nəsirzadə