2022-ci ildə “Expressbank”ın aktivləri 24,4% - 436,956 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Bankın kredit portfeli 297,084 milyon manata (artım 13,6%), istehlak kreditləri 159,369 milyon manata (artım 15,5%), biznes kreditləri 95,845 milyon manata (artım 7,1%) bərabərdir.
“Expressbank”ın öhdəlikləri 307,821 milyon manat (artım 35,3%) təşkil edir. 2023-cü ilin əvvəlinə bankın depozit portfeli 193,107 milyon manat (artım 23,7%), əhalinin əmanətləri 151,238 milyon manat (artım 27,2%) məbləğində olub.
Bankın kapitalı 129,135 milyon manat (artım 4,3%), nizamnamə kapitalı 112,545 milyon manat (dəyişməyib) təşkil edib.
2022-ci ildə bankın xalis mənfəəti 12 milyon 408,9 min manat (2021-ci illə müqayisədə artım 1,6 dəfə - İF) təşkil edib.
“Expressbank” 1989-cu ildə yaradılıb. Bankın səhmdarları 5 hüquqi və fiziki şəxsdir.*
X.Nəsirzadə