2022-ci ildə Rusiyadan taxta ixracı 20,8% azalaraq 23,328 milyon kubmetr təşkil edib. Bu barədə “İnterfaks”a “Roslesinforq” Federal Dövlət Büdcə Müəssisəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Rusiyadan taxta idxalını 0,602 milyon kubmetrə qədər azaldıb.
Tədarükün yarıdan çoxu Çinin payına düşüb. Bu ölkəyə 13,087 milyon kubmetr taxta (2021-ci ilin göstəricisindın 7% az) ixrac edilib.
2022-ci ildə RF 89 ölkəyə taxta tədarük edib.*
Xəbərlər şöbəsi