2022-ci ildə Azərbaycanın futbol klublarının transfert xərcləri $1,5 milyon təşkil edib.
Bu barədə “İnterfaks-Azərbaycan”ın əldə etdiyi Beynəlxalq Futbol Federasiyasının (FİFA) 2022-ci il ərzində transfert hesabatında qeyd olunur.
Hesabat dövrü ərzində FİFA-da Azərbaycan komandalarına 103 keçid, həmçinin 56 “çıxış” transferti qeydə alınıb. Bu əməliyyatlarda Azərbaycandan 12 kollektiv iştirak edib.
Hesabatda futbolçuların keçidlərindən Azərbaycan klublarının əldə etdikləri gəlir dəqiqləşdirilmir. **
R.Kərimov