2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi başlanıb. Bu barədə Baş prokuror Kamran Əliyev bəyan edib.
“2022-ci ildə Baş Prokurorluq tərəfindən ekoloji hüquqpozmalarla bağlı 212 cinayət işi, 124 inzibati xəta haqqında iş üzrə icraat başlanmış, 22 vəzifəli şəxs barəsində təqdimat verilib”, - Əliyev Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, ekoloji hüquqpozlara dair məlumatlar araşdırılan zaman ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna 486,621 min manat məbləğində pulun dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Bununla yanaşı, kəsilmiş ağacların əvəzinə 493 min manat dəyərində yeni ağacların əkilməsi təmin edilib. **
B.Rüstəmbəyov